2024-10-15
Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib.
Bakı Uşaq Teatrının kollektivi 13-25 noyabr 2018-ci il tarixlərində Türkiyənin Bilecik şəhərində keçiriləcək 13-cü Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edir. Teatr festivalda iki tamaşa ilə çıxış edir.
Belə ki, onlardan biri – “Ağıllı tülkü” tamaşası uşaqlar üçün nəzərdə tutulub. Teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltanın müəllifi və quruluşçu rejissoru olduğu tamaşa artıq bir neçə müdBakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib.
Bakı Uşaq Teatrının kollektivi 13-25 noyabr 2018-ci il tarixlərində Türkiyənin Bilecik şəhərində keçiriləcək 13-cü Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edir. Teatr festivalda iki tamaşa ilə çıxış edir.
Belə ki, onlardan biri – “Ağıllı tülkü” tamaşası uşaqlar üçün nəzərdə tutulub. Teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltanın müəllifi və quruluşçu rejissoru olduğu tamaşa artıq bir neçə müddətdir ki, repertuardadır və Azərbaycanda azyaşlı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İndi həmin tamaşa Türkiyədə uşaqlara təqdim olunacaq.
Festivalda nümayiş olunacaq daha bir tamaşa – “Sevgi şimşəyi” isə repertuara yeni daxil olub və böyüklər üçün nəzərdə tutulub. Komediya janrında hazırlanmış bu tamaşanın da həm Türkiyədə, həm də Azərbaycanda maraqla qarşılanacağı gözlənilir.
12 noyabrda festivalın açılışı olub. Bakı Uşaq Teatrının kollektivi açılışda iştirak edib. Biləcik Bələdiyyə başkanı Nihat Can, Bilecik millet vekili Selim Yağcı, Bilecik valisi Tahir Büyükakın və başqa rəsmi şəxslər açılışda iştirak edib. Festivala noyabrın 13-də Bakı Uşaq Teatrının “Ağıllı tülkü” tamaşası ilə start verilib.
Bakı Uşaq Teatrı 2001-ci ildə yaradılıb. 2002-ci il mayın 1-dən İntiqam-Soltanın direktor-bədii rəhbər təyin olunması ilə fəaliyyətə başlayıb. Bakı Uşaq Teatrı 2001-ci il aprel ayının 9-da Bakı Şəhər İcra Hakimiyyəti başçısının 260 saylı sərəncamı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Rəisinin 26 aprel 2002-ci il tarixli 32 saylı əmri ilə yaradılıb. Bu günə qədər teatrda 100-ə yaxın yüksək bədii keyfiyyətə malik tamaşa hazırlanıb.
Lorem ipsum odor amet, consectetuer adipiscing elit.
+1012 3456 789